Bakıda avtomobil piyadaları  belə vurdu - VİDEO
05 iyun 2025 10:38 (UTC +04:00)

Bakıda avtomobil piyadaları belə vurdu - VİDEO

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yol qəzaları ilə bağlı piyadalara müraciət edib.

Mərkəzdən Lent.az-a bildirilib ki, piyadaların öz hüquqları olduğu kimi, vəzifələri də var. Hüquqlarından istifadə edən piyadalar, vəzifələrini də icra etməlidirlər. Qaydalara əməl edərək özünüzlə yanaşı, sürücüləri də təhlükə ilə üz-üzə qoymaya bilərsiniz.

Qeyd olunub ki, ötən il paytaxt ərazisində qaydalara əməl etməyən 13 min 615 piyada barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Bu ilin 5 ayı ərzində isə 8 min 713 piyada məsuliyyətə cəlb olunub.

NİİM-in müşahidə kameralarına düşən bəzi piyada vurulma hadisələrinin görüntülərini təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 738

Oxşar yazılar