Bakıda 32 yaşlı kişi özünü binadan belə atmaq istədi -VİDEO  -YENİLƏNİB
18 iyun 2022 12:01 (UTC +04:00)

Bakıda 32 yaşlı kişi özünü binadan belə atmaq istədi -VİDEO -YENİLƏNİB

Xəbərə video əlavə edilib.

 

***

09:52

İyunun 17-si saat 21 radələrində Şirvan şəhər sakini, əvvəllər narkotik vasitələrin istifadəsinə və satışına görə məhkum olunmuş 32 yaşlı Elzamin Allahverdiyev paytaxtın Nəsimi rayonu ərazisindəki yaşayış binalarından birinin 5-ci mərtəbəsinə çıxaraq oradan özünü atmağa cəhd göstərmişdir.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə yerinə gəlmiş Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı İ.Cavayev aşağı mərtəbədəki pəncərənin şüşəsinin yumruqla qıraraq E.Allahverdiyevin ayağından tutmuş və digər polis əməkdaşlarının köməyi ilə cəhdin qarşısını alaraq onun həyatını xilas etmişdir.

Sağ bilək və baş nahiyəsindən kəsik xəsarətləri almış polis əməkdaşı DİN-in hospitalına yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

# 4503
avatar

Oxşar yazılar