Bildiyimiz kimi, bu il yanvarın 18-dən Azərbaycanda koronavirusla mübarizə tədbirləri çərçivəsində peyvəndləmə prosesinə başlanılıb. Ancaq insanlar arasında vaksinlərin sonradan doğuracağı fəsadlarla bağlı şayiələr dolaşır. Bunu əsas gətirən bəzi şəxslər hətta prosesdən kənarda qalmaq, peyvənd olunmaqdan imtina etmək istəyir.
Lent.az-ın əməkdaşı bununla bağlı paytaxt sakinləri arasında sorğu keçirib. Apardığımız sorğuda iştirak edənlərin əksəriyyəti mütləq peyvənd olunacaqlarını desələr də, bundan imtina etmək istədiklərini deyənlər də oldu.
Qeyd edək ki, koronavirusun tamamilə yox olması üçün Azərbaycanla yanaşı dünyanın bir çox ölkələrdə də peyvəndləmə başlayıb.