Bakı gəncləri nə qədər səmimidir? – Cəsarətli cavablar – SORĞU  - VİDEO
02 fevral 2022 17:40 (UTC +04:00)

Bakı gəncləri nə qədər səmimidir? – Cəsarətli cavablar – SORĞU - VİDEO

Lent.az-ın gənclərdən ibarət çəkiliş qrupu Bakıdakı gəncləri sorğu-suala tutdu. Axı bu gün onların günüdür. Bir nəbzlərini tutmaq istədik ki, görək nə qədər səmimidirlər? Lap qocalar demiş, “hara gedir bu gənclik?” . 

Əslində bizim gənclik 2-ci Qarabağ müharibəsində öz sözünü deyib, qəhrəman statusunu da alıb. Bəs digərləri, beyinləri nə ilə məşğuldur əsasən? Onları ən çox nə maraqlandırır?

 Apardığımız sorğu nəticəsində məlum oldu ki, sən demə gənclərimiz nə yalan danışıb, nə də falçıya inanır və sairə və ilaxır. Onların nə qədər səmimi olduğuna özünüz qərar verin. 

Qeyd edək ki, Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub. 1996-cı ilin bu günündə Azərbaycan Respublikası gənclərinin I forumu keçirilib. Respublikamızda Gənclər Gününün qeyd olunması isə 1997-cı ildə Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3408
avatar

Fidan İlqar

Oxşar yazılar