Ata Abdullayev
15 mart 2021 18:59 (UTC +04:00)

Ata Abdullayev

Ata Abdullayevi hansı cəza gözləyir?- Hüquqşünas rəyi

Xəbər verildiyi kimi, sosial şəbəkələrdə daha çox ifşaedici videoları ilə məşhurlaşan bloger Ata Abdullayev saxlanılıb. Mediada yayılan bu xəbər sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirəyə çevrildi. İndi isə izləyiciləri maraqlandıran əsas məsələ blogerə hansı cəza verilməsidir.

Mövzu ilə bağlı hüquqşünas Şamil Paşayev Lent.az-a bildirib ki, Ata Abdullayevi ən yaxşı halda 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir:

“Şantaj, bir şəxsin əmlakını, yaxud həmin əmlak üzərindəki hüquqlarını tələb etmək kimi başa düşülür. Hədə-qorxu ilə tələb etmək dedikdə, əmlak sahibi yaxud onun yaxınlarının təhdid olunması, habelə onlar haqqında rüsvayedici məlumatların yayılması nəzərdə tutulur. Bu da 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 182-ci maddəsi isə qabaqcadan əlbir olan bir qrup şəxs, təkrar törədildikdə, külli miqdarda törədildikdə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əgər hədə-qorxu ilə tələb etmə cinayəti ilə ələ kçeirilən əmlakın dəyəri 50 min manatdan çoxdursa, onda azadlıqdan məhrumetmə cəzası 10 ildən 15 ilədək təyin edilir. Soyğunçuluq və oğurluqdan fərqi ondadır ki, hədə-qorxu ilə pul tələb etmək istəyən şəxs əmlakı və ya əmlak üzərindəki hüququ gələcək üçün nəzərdə tutur.

Əgər Ata Abdullayev bundan əvvəl də qəsdən cinayət törəmişdisə bu ağırlaşdırıcı hal kimi qəbul oluna bilər. Ancaq həmin cinayət əməlindən ötrü məhkumluq yaşayıbsa bu resediv sayılmayacaq”.

Qeyd edək ki, bloger Ata Abdullayev martın 13-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun məmurları şantaj edərək külli miqdarda pul  aldığına görə tutulduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5682
avatar

Mehman Nəbiyev

Oxşar yazılar