8 noyabr prospekti
29 sentyabr 2021 11:49 (UTC +04:00)

8 noyabr prospekti

"8 noyabr" prospektində hərəkət dayandı - VİDEO

Bakının “8 noyabr” prospektində hərəkət tamamilə dayanıb.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə yayılan görüntülərdə qeyd olunub. Videodan da görünür ki, prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən başlayan sıxlıq və hərəkətsizlik təxminən 1.5-2 kilometr məsafədə uzanır.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, həmin prospektdə qeydə alınan sıxlıq hərəkətin daha intensiv olduğu digər yolda sərbəst hərəkətlə bağlıdır:

“Belə hallar tez-tez olur. Bakıda hərəkəti tənzimləmək üçün daha çox sıxlıq olan yolda yol patrol xidməti əməkdaşları tərəfindən hərəkət sərbəst edilir. Bu səbəblə də, həmin yolla kəsişən digər yolda məcburi olaraq hərəktə dayandırılır. Lakin bu müddət çox qısa müddət ərzində baş verir və tezliklə də qapadılan yolda hərəkət açıq olur”.

Sıxlıq olan prospektdən görüntüləri təqdim edirik:

Bakıda prospektdə hərəkət dayandı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2835
avatar

Mehman Nəbiyev

Oxşar yazılar