Uşaqlarınızın  UĞURLU   olmasını istəyirsinizsə… - Psixoloqlardan MƏSLƏHƏT
24 may 2021 18:57 (UTC +04:00)

Uşaqlarınızın UĞURLU  olmasını istəyirsinizsə… - Psixoloqlardan MƏSLƏHƏT

Uğurlu övlad yetişdirmək hər bir valideynin arzusudur. Bu istiqamətdə xüsusi bir qayda olmasa da, psixoloqlar valideynlərin təsirini yüksək qiymətləndirir. 

Lent.az uşaqlarını gələcəkdə uğurlu görmək istəyən valideynlərə psixoloqların mühüm məsləhətini təqdim edir: 

Uşaqlardan ev işlərində sizə kömək etməsini xahiş edin

Psixoloqlara görə, valideynlər arasında geniş yayılan səhv düşüncələrdən biri: “Zamanı gələndə onsuz da özü edəcək” fikridir. Qarşılıqlı olaraq, bu yanlış düşüncə uşaqlarda “Onsuz da mənim yerimə işlərimi edən var”, əks təsir yaradır. 

Övladlarınızın sosiallaşmasına şərait yaradın 

Həyat ünsiyyət üzərində qurulur. Araşdırmalar nəticəsində məlum olub ki, sosial bacarıqları yüksək olan uşaqlar ünsiyyətdə çətinlik çəkmirlər. Bu da onların gələcək həyatlarında uğur qazanmalarına yardım edir. 

Sərbəst və qadağa üsulunu yox, istiqamətləndirməni seçin 

Uşaq tərbiyəsində üç mühüm ana xətt var: sərbəst buraxmaq, qadağalı tərbiyə və istiqamətləndirmə. Diana Baumride valideynlərə sonuncu tərbiyə üsulunu seçməyi məsləhət görür. Sərbəst üsulla böyüdülən uşaqlar hər zaman hər şey edə biləcəklərini düşünürlər. Qadağalar onlarda özünə inam problemi yaradır. 

Ailə münasibətlərinizə diqqət göstərin

Araşdırmalara görə, problemli ailələrdə böyüyən uşaqlar pis vərdişlərə meyilli olurlar. Ayrılan valideynlərin övladları, problemli ailələrin uşaqlarından daha uğurlu olub. 

Riyaziyyatla tez tanış edin

Psixoloqlar valideynlərə övladlarını bacardıqları qədər riyaziyyatla tez tanış etməyi tövsiyyə edir. Bu tanışlıq onların məktəb, universitet və həyatda uğurlu olmalarına dəstək olacaq. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3735
avatar

Nigar Adil

Oxşar yazılar