Uşaq böyütmək özlüyündə asan məsələ deyil. Ancaq əksər valideynlər üçün əlavə bir qorxulu yuxu övladlarının hər cür təhlükəli oyunlara olan həvəsidir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, aparılan yeni elmi araşdırma uşaqların təhlükəyə cəlb olunmasının mümkün izahını təqdim edir.
ABŞ-ın Dartmut Kollecindən bir qrup antropoloq meymunların və qədim insanların inkişafı ilə bağlı məlumatları təhlil edərək, onların balalarının ağaca dırmaşma və digər “ekstremal” fəaliyyətlərlə də məşğul olmağı çox sevdiklərini aşkar ediblər. 3,2 milyon il əvvəl yaşamış avstralopiteklərin sümüklərində bəzən sağalmış qırıqların əlamətləri görünür ki, bu da hündürlükdən ölümcül olmayan yıxılmaları göstərir.
Alimlərin fərziyyəsi ondan ibarətdir ki, gənc primatlar öz hədlərini və potensial risklərini təcrübə yolu ilə öyrənirlər və bu risklərin öhdəsindən gəlmək üçün strategiyalar haqqında anlayış inkişaf etdirirlər. Nəticə yalnız müəyyən fiziki bacarıqlar deyil, həm də insanın güclü tərəflərini başa düşməsidir.
"Keçmiş və indiki hadisələr göstərir ki, uşaqlar oyun vasitəsilə öz sərhədlərini kəşf edərək fiziki bacarıqlar, sosial təcrübə əldə edirlər. Uşaqlarımızı təhlükəsiz saxlamaq istəyən valideynlərin, məktəblərin və siyasətçilərin narahatlıqlarını bölüşürük. Bununla belə, biz eyni zamanda bu oyun növü ilə məşğul olmağın uzunmüddətli faydaları, uşaqların inkişafı zamanı normal bir hissəsi kimi oynadıqları riskli və çətin oyunlardır”, - alimlər izah ediblər.