Valideynlər təkcə uşağın tərbiyəsi və təhsili ilə məşğul olmurlar, həm də onun psixikasının formalaşmasına birbaşa təsir göstərirlər. Ümumilikdə mütəxəssislər ailədə sağlam atmosferin vacibliyini qeyd edirlər. Yəni, uşağın psixikasına həm ana, həm də ata təsir edir.
Lent.az xarici mediaya istinadla bununla bağlı bəzi maraqlı məqamları təqdim edir:
Ananın təsiri
Ekspertlər izah edir ki, qadın uşağın psixi inkişafına ilkin təsir göstərən əsas şəxsdir. Hamiləlik dövründə ana körpənin inkişafı üçün əsas emosional fonu yaradır. Bu dövrdə uşağın ətraf dünyaya inamı formalaşa bilər və ya əksinə, onun narahatlıq səviyyəsi arta bilər. Məsələn, hamiləlik zamanı qadının ciddi bir xəstəliyinin olması ana bətnindəki körpəyə mənfi emosional təsir göstərə bilər və nəticədə uşaqda yüksək narahatlıq səviyyəsi formalaşa bilər.
Atanın rolu
Bununla belə, ekspertlər atanın rolunun da vacibliyində danışır. Ata yalnız ailənin qoruyucusu və gələcək ananın dayağı deyil, eyni zamanda uşağın sağlam inkişafı üçün əlverişli şəraitin formalaşmasında mühüm rol oynayan bir elementdir.
Ata ananı hörmətlə qarşılamalı, onu dəstəkləməli və ailədə rahat, sakit atmosfer yaratmalıdır. Yalnız hər iki valideyn sevgi və sabitlik atmosferi yaratmaq üzərində işlədikdə, uşağın psixikası harmonik şəkildə inkişaf edə bilər.