Ukraynadakı müharibədə aprel ayı ərzində 100 uşaq həyatını itirib.
Lent.az xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasında UNICEF-in icraçı direktorunun müavini Ömər Abdi məlumat yayıb.
Ömər Abdi açıqlamasında, “Təkcə son bir ayda BMT 100-ə yaxın uşağın öldürüldüyünü təsdiqləyib. Biz hesab edirik ki, faktiki rəqəmlər bundan qat-qat çoxdur. Bütün müharibələr uşaqların hüquqlarının pozulması ilə nəticələnir”, - bildirib.