39 həftəlik hamilə olan “Metallica” qrupunun fanatının konsert zamanı doğuş sancısı başlayıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Coys Fiqeyro qrupun Kuritiba şəhərindəki çıxışında dünyaya yeni körpəsini gətirib.
Uşaq Enter Sandman hitinin sədaları altında dünyaya gəlib. Körpəyə Luan adı verilib.
Fiqeyro oğlunun şəklini “Instagram”da paylaşıb və etiraf edib ki, şounun bitməsinə üç mahnı qalmış ana olacağını gözləmirdi.