Stefani Hansen adlı Vaşinqton ştatının sakininin böyük qızı Dafna 2020-ci il yanvarın 28-də anadan olub.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, cəmi on ay sonra, 2020-ci il dekabrın 8-də Dafnanın Rubi və Penelopa adlı kiçik əkiz bacıları dünyaya gəlib.
32 yaşlı Stefani tək anadır. Onlar Dafnanın atasından uşaq dünyaya gəlməmişdən əvvəl ayrılıblar və Stefani qısa müddət sonra əkizlərin atası ilə görüşməyə başlayıb. Qadın dərhal hamilə qalıb. Hamiləlik xəbəri onun üçün tam şok olub.
Mama-ginekoloq Kristin Qrivsin izah etdiyi kimi, yenidən hamilə qalma qabiliyyətini ifadə edən yumurtlama, doğuşdan altı həftə sonra geri qayıda bilər və qadının bundan xəbəri belə olmayacaq. Stefani ilə də məhz belə olub.
Onun sözlərinə görə, uşaqlar arasında belə kiçik yaş fərqindən çox qorxurdu.
Onların öhdəsindən tək gələ biləcəkmi, hər birinə diqqət yetirə biləcəkmi və s. Ancaq Stefani deyir ki, əkizləri evə gətirəndə bütün qorxular yox olub.
Dafnanın artıq 2 yaşı var, əkiz bacılar isə 15 aylıqdır.
Stefani kiçik qızlarının atasından da artıq ayrılıb, ancaq dost kimi qalıblar və qızların böyüməsinə kömək edir.