Oğlunu əsl kişi kimi necə tərbiyə etmək və həddi aşmamaq - 10 əsas qayda
31 may 2025 11:18 (UTC +04:00)

Oğlunu əsl kişi kimi necə tərbiyə etmək və həddi aşmamaq - 10 əsas qayda

Oğlan uşağı böyütmək – daim sərt və tələbkar valideyn olmaq demək deyil. Eləcə də onu “instagram-mükəmməl” həddindən artıq həssaslıq və şirinlik içində böyütmək də səhvdir. Burada qızıl ortanı tapmaq vacibdir: lazım gəldikdə sərtlik, lazım gəldikdə isə nəvaziş göstərmək.

Lent.az bu mövzu ilə bağlı 10 əsas qaydanı sizə təqdim edir:

1. Təkcə öyrətməyə deyil, nümunə olmağa çalışın
Oğul atasını təqlid edir. Əgər o, atasında zəiflik, ikiüzlülük və ya yalan görürsə, sözlərin heç bir əhəmiyyəti olmur. Ən yaxşı tərbiyə — şəxsi nümunə ilə veriləndir.

2. Əsl kişi olmaq daim qadağalarla yaşamaq deyil
" Ağlama, sən kişisən axı" kimi ifadələr psixoloji travmaya səbəb ola bilər. Əsl kişi — emosiyalarını itirməyən deyil, onları ayırd edə bilən, idarə edən və düzgün ifadə edən şəxsdir.

3. Səbirli olmağı öyrədin, itaətkarlığı yox
Güc — kor-koranə itaət deyil. Güc həm də “yox” deməyi bacarmaq, sərhədlərini ifadə etmək və özünü müdafiə etməkdir. Ona ədalət və anlayışın nə demək olduğunu, nə zaman mərhəmətli və nə zaman prinsipial olmaq lazım gəldiyini izah edin.

4. Məsuliyyəti yaşına uyğun şəkildə verin
Uşağın yaşı imkan vermədiyi halda ondan böyük məsuliyyət tələb etməyin. Məsuliyyəti tədricən və yaşına uyğun şəkildə ötürün. Oğlunuz başa düşməlidir ki, sözünün çəkisi və hər bir hərəkətin nəticəsi var.

5. Zəifliyi kiçiltməyin
Uğursuzluq — ayıb deyil. Əsl kişi — heç vaxt yıxılmayan deyil, hər dəfə yıxılsa da, yenidən ayağa qalxmağı bacarandır.

6. Nəticəyə görə yox, səyinə görə tərifləyin
Əgər uşağı yalnız qalibiyyətə görə tərifləsəniz, o ya həddən artıq narahat, ya da kobud və lovğa ola bilər. Buna görə də çalışdığı və səy göstərdiyi üçün tərifləyin. Bu, onun daxili dayanıqlığını və məqsədyönlülüyünü formalaşdırır.

7. Açıq danışın, manipulyasiya etməyin
Oğlan uşaqları çox erkən yaşdan səmimiyyətsizliyi hiss edirlər. Ona görə də hiyləgərlik, yalan və ya manipulyasiyadan uzaq olun. Əgər inciyirsinizsə, “tap görək, nə olub” oyunu oynamayın, açıq deyin: “Bu davranışın məni incitdi, çünki…”

8. Uduzmağa icazə verin
Hər bir insan uduzmağı bacarmalıdır. Çünki həyatda itkilər və uğursuzluqlar da olur. Uşağı daim qorumaq, "yıxılmasın" deyə yolları təmizləmək onu güclü etməz. Oğlunuz anlamalıdır ki, uduzmaq üzücüdür, amma dünyanın sonu deyil və bununla mübarizə apara bilmək vacibdir.

9. Rədd cavabını qəbul etməyi öyrədin
Rədd cavabını və "yox" sözünü sakit qəbul etmək — yetkinliyin əsas göstəricisidir. Oğlunuz anlamalıdır ki, həyatda hər şey asanlıqla əldə edilmir. “Yox” cavabını qəbul etməyi bacarmayan insan, ya təhlükəli, ya da zəif biri ola bilər.

10. Başqalarına hörmət etməyi aşılayın
Oğlan uşaqları dünyanı valideynlərinin göstərdiyi kimi qavrayır. Ata anaya, həyat yoldaşına və ətrafdakı qadınlara necə yanaşırsa, oğul da eyni münasibəti öyrənəcək. Buna görə də, hörmətli davranış nümunəsi göstərin. Ona başa salın ki, başqalarına hörmət etmək — insan olmağın təməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1082

Oxşar yazılar