İtlər xəstəxanadan körpəni oğurlayıb  DİRİ-DİRİ YEDİLƏR
02 iyul 2022 13:45 (UTC +04:00)

İtlər xəstəxanadan körpəni oğurlayıb DİRİ-DİRİ YEDİLƏR

Hindistanın  Panipat şəhərində küçə itləri xəstəxandan yeni doğulmuş körpəni qaçıraraq, diri-diri yeyiblər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, oğurlanan  birgünlük körpə oğlan olub.

Şəbnəm adlı hamilə qadın xəstəxanaya əri və qaynanası ilə gəlib, övladı dünyaya gəldikdən sonra onu ümumi palataya yerləşdiriblər.

Ana körpəsini əmizdirdikdən sonra onu döşəməyə qoyub. Körpənin  nənəsi və atası da döşəmədə yatıb. Gecə ayılan ata uşağı görməyincə axtarmağa başlayıb və onu xəstəxananın həyətindəki itin ağzında görüb. Uşaq  tapılanda ölü olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3516
avatar

Oxşar yazılar