DƏHŞƏTLİ AİLƏ FACİƏSİ:   3 övladları öldü
20 oktyabr 2021 18:01 (UTC +04:00)

DƏHŞƏTLİ AİLƏ FACİƏSİ: 3 övladları öldü

Türkiyədə dəhşətli ailə faciəsi baş verib.

Lent.az yerli KİV-ə istinadən məlumat verir ki, Burdurun Bucak mahalında yaşayan Ay ailəsinin 12 yaşlı oğlu Ramazan infarktdan ölüb. Eyni zamanda məlum olub ki, ailənin beş övladından ikisi infarktdan, biri isə boğulma səbəbindən vəfat edib.

7-ci sinif şagirdi Ramazan Ay, ötən bazar ertəsi axşam evində xəstələndiyi üçün Bucak Dövlət Xəstəxanasına aparılıb. Təxminən 3 ildir xroniki ürək xəstəliyindən əziyyət çəkən Ramazan Ay təcili yardımla İsparta Şəhər Xəstəxanasına köçürülüb. Həkimlərin müdaxiləsinə baxmayaraq, Ramazan dünən dünyasını dəyişib.

Ramazanın ölümü ilə onun valideynləri Bayram və Havvanın 5 övladından 3-nü gənc yaşlarında itirdikləri məlum olub. Onların qızı Enise Ay, 2007-ci ildə 10 yaşında infarkt nəticəsində ölüb. Cütlük qızlarının ölümündən sonra dünyaya gələn uşaqlarına Ramazan adını veriblər. Ramazan 2008-ci ildə Antalyanın Aksu rayonunda hovuza düşərək dünyasını dəyişib. Ay ailəsinin 2009 -cu ildə dünyaya gələn və infarkt keçirərək dünyasını dəyişən övladlarına, hovuzda boğulan Ramazanın adını verdikləri məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9789
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar