Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov
11 oktyabr 2021 20:15 (UTC +04:00)

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov

Oğlunun badına gedən keçmiş nazir- UNUDULAN MƏMURLAR

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə  keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovdan bəhs edəcəyik.

Ələkbərov Füzuli Həsən oğlu 1958-ci il fevralın 3-də Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Saltaq kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakültəsini, 1990-cı ildə isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Sənayenin planlaşdırılması fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1980-ci il avqustun 15-də Şəki rayonunun Qoxmuq kənd orta məktəbində müəllim kimi başlayıb. Sonralar Şəki şəhər komsomol komitəsinin katibi, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsində təlimatçı, 1987–1991-ci illərdə "Sputnik" Beynəlxalq Gənclər Turizm Bürosunda sədr vəzifələrində çalışıb.

1992–2006-cı illərdə "İmproteks" şirkətlər qrupunun prezidenti olub. 1996-cı ildən Azərbaycan Cüdo Federasiyasının prezidentidir. 1993-cü ildən YAP-ın üzvüdür.

Azərbaycan Prezidentinin 7 fevral 2006-cı il tarixli 1277 nömrəli sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. 2013-cü il oktyabrın 22-də vəzifəsindən azad edilib.

Rus, türk və ingilis dillərində sərbəst danışır. Ailəlidir, dörd övladı var.

Qeyd edək ki, ötən il sabiq nazirə ağır itki də üz verib. Onun həyat yoldaşı İradə Ələkbərovaya COVİD-19 virusuna yoluxaraq vəfat edib. Məlumata görə, İradə Ələkbərova koronavirusa gözəllik salonunda yoluxduğu ehtimal edilirdi.

Son aylar mətbuatda yer alan xəbərlərə görə, keçmiş nazir Füzuli Ələkbərovun şirkəti problemlərlə üzləşib.

Ona məxsus “İmprotex” şirkətlər qrupunun nizamnamə kapitalının azalmasından sonra bu qrupa daxil olan “İmprotex İndustruies” MMC məhkəməyə verilib. İddiaçı “EVIM Construction” MMC-dir. Məhkəmə çəkişməsinin səbəbi alqı-satqı müqaviləsi üzrə yaranmış mübahisələrdir.

İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır.

“İmprotex” şirkətlər qrupu “BMW, “Rolls Royce” kimi avtomobil markalarının Azərbaycanda rəsmi idxalçısıdır.

Füzuli Ələkbərov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olan dövrdə “İmprotex” inhisarçı şirkət kimi tanınıb. O, işdən çıxarılandan sonra şirkətdə də vəziyyət dəyişib.

İyun ayının əvvəllərində şirkət nizamnamə kapitalının azaldığını elan edib. Bəzi iddialara görə, “İmprotex” bağlanmaq təhlükəsi ilə üzləşib. Bildirilir ki, şirkətin fəaliyyətində qanunsuzluqlar aşkarlandığı üçün yoxlamalar aparılır. Mediada yayılan məlumatlara görə, hətta Füzuli Ələkbərova məxsus Bakı şəhəri, Səbail rayonu, 156-cı məhəllə, Əliyarbəyov və X.Natəvan küçələrinin kəsişməsində, Fəvvarələr meydanının yaxınlığında yerləşən boş torpaq sahəsində fəaliyyət göstərən dayanacaq belə bağlanıb.

Qeyd edək ki, 2013-cü ilin yanvarında İsmayıllıda baş verən iğtişaşlar Füzuli Ələkbərovun məmur karyerasına son qoyub.

Bu hadisə nazirin qardaşı İsmayıllı rayon icra hakimiyyətinin keçmiş başçısı Nizami Ələkbərovun işdən çıxarılmasından bir gün öncə baş verib. Həmin ərəfədə nazir Fizuli Ələkbərovun da hansısa formada cəzalandırılması və hətta istefaya göndərilməsi də müzakirə olunurmuş. Amma sonda bu qərardan imtina edilib və nazirin cəzalandırılması qardaşının vəzifədən getməsi ilə yekunlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15705
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar