Turistlərə yeni vergi   haqqında XƏBƏRDARLIQ
17 dekabr 2024 14:08 (UTC +04:00)

Turistlərə yeni vergi haqqında XƏBƏRDARLIQ

2026-cı ildən Meksikaya kruiz gəmiləri ilə gələn səyahətçilər əlavə xərclərlə üzləşə bilərlər. 

Lent.az-ın məlumatına görə, hər bir sərnişindən 42 dollar vergi ödəməsi tələb olunacaq. 

Üstəlik, bu qayda hətta sahilə çıxmayanlara da şamil olunacaq.

“Xarici sərnişin immiqrasiya vergisi” adlanan yeni vergi ölkə üçün problemə çevrilən turist çoxluğu ilə mübarizə məqsədi daşıyır. Əvvəllər bu cür ödənişlər yalnız otellərdə qalan turistlərə şamil edilirdi. 


Populyar marşrutlar bahalaşacaq

Florida və Karib Kruiz Assosiasiyasının (FCCA) məlumatına görə, kruiz gəmiləri ilə hər il 10 milyondan çox sərnişin Meksika limanlarına gəlir. 2025-ci ildə belə gəmilərin 3300 çağırışı gözlənilir.

Verginin kruiz gəmilərin bilet qiymətinə daxil ediləcəyi planlaşdırılır. Populyar istiqamətlərə Kozumel, Kosta Maya və Kabo San Lukas daxildir. 

Verginin məqsədi büdcə kəsirini azaltmaqdır

Meksika hökuməti ümid edir ki, yeni vergi ölkənin böyük büdcə kəsirini azaltmağa kömək edəcək. Bununla belə, ekspertlərin qeyd etdiyi kimi, qərarın hələ də yekun təsdiqi lazımdır.

Vergi Meksikada, xüsusən Florida, Texas və Los-Ancelesdən olan kruiz sərnişinləri üçün tətilləri bir qədər bahalaşdıracaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1377
avatar

Ləman Sərraf

Oxşar yazılar