2024-cü ildə dünyanın 50 ən yaxşı oteli müəyyənləşib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qiymətləndirmədə beynəlxalq mehmanxana sənayesində böyük təcrübəyə malik 580 ekspertin iştirak etdiyi dəqiqləşdirilir.
Siyahıda birinci yeri Banqkokdakı beşulduzlu "Capella Bangkok" oteli tutub. Onun yerləşdirmə qabiliyyətinə 100-dən çox işıqlı və geniş otaqlar, villalar daxildir.
İkinci yerdə İtaliyanın Moltrasio kommunasında yerləşən beşulduzlu "Passalacqua" oteli qərarlaşıb. O, 18-ci əsrə aid villada yerləşir və cəmi 24 otaqdan ibarətdir. Bina Komo gölünün sahilində yerləşir. İlk üçlüyü tamamlayan Honq-Konqdakı "Rosewood Hong Kong" otelidir. Otelin də beş ulduzu və dəbdəbəli mərmərlə bəzədilmiş 413 otağı var.
İlk onluğa Parisdə "Cheval Blanc", Honq-Konqda "The Upper House", Sinqapurda "Raffles Singapore", Tokioda "Aman Tokyo", Maldiv adalarında "Soneva Fushi", Dubayda "Atlantis The Royal" və İndoneziyanın Sumba adasındakı "Nihi Sumba" daxildir.