Dünyanın  ən təhlükəli  ölkələrindən birinin "üstünlükləri" - VİDEO
23 sentyabr 2024 13:36 (UTC +04:00)

Dünyanın ən təhlükəli ölkələrindən birinin "üstünlükləri" - VİDEO

Ev heyvanlarının və musiqinin qadağan edildiyi İrana "YouTube" bloqçusu Drev Binsky səyahət etməyə qərara alıb.   

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, ABŞ və İran arasında “siyasi gərginliyə” baxmayaraq, İran xalqı amerikalılara yaxşı münasibət göstərir. 

"İnsanlar amerikalıları sevirlər, onlar həmişə mənimlə Amerika haqqında danışmaq istəyirlər və həqiqətən ABŞ-a səfər etmək arzusundadırlar", -  səyyah bildirib.

O əlavə edib ki, İran “dünyada ən çox səhv başa düşülən ölkədir”:

"Hamı bunun təhlükəli və qorxulu olduğunu düşünür, lakin, əslində heyrətamiz bir ölkədir", - Binski deyib.

Səyyah Yaxın Şərq ölkəsində sevimli görməli yerlərini - qədim Persepolis şəhərini, İsfahandakı əsas meydanı, Təbrizdəki dünyanın ən böyük qapalı bazarını və “göy qurşağı” Hörmüz adasını izləyiciləri ilə bölüşüb.

Məqalədə vurğulanır ki, Drev Yaxın Şərqə nə qədər bağlı olsa da, İran dünyanın hər hansı digər ölkəsindən daha çox insanı edam edir. Dünyanın ən sərt senzuralarından birinə malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1299
avatar

Fidan İlqar

Oxşar yazılar