Zukerberqdən "Twitter"a yeni rəqib  - "Threads"
04 iyul 2023 10:56 (UTC +04:00)

Zukerberqdən "Twitter"a yeni rəqib - "Threads"

“Meta” şirkəti “Twitter”a rəqib yeni tətbiq çıxaracağı iddia edilir.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, yeni proqram “Threads” adlanacaq.

Məlumata görə, şirkət bu yaxınlarda proqramı “Google play”də yayımlayıb. Ancaq tez bir zamanda onu silib.

Bildirilir ki, tətbiq “Google Play”ə yanlışlıqla yüklənilib. Buna baxmayaraq, yenə də onu skrinşot vasitəsilə çəkə biliblər. Tətbiqin bu ilin yanvar ayında hazırlanmağa başladıldığı bildirilir. Onun dəqiq buraxılış tarixi isə hələlik məlum deyil.

# 2154
avatar

Sevinc Fərid

Oxşar yazılar