Yeni  simsiz   qulaqlıqlar  –  QİYMƏTİ
25 may 2022 11:02 (UTC +04:00)

Yeni simsiz qulaqlıqlar – QİYMƏTİ

“Xiomi Redmi” brendi “Redmi Buds 4” və “Redmi Buds 4 Pro” qulaqcıqlarını təqdim edib. 

Lent.az xəbər verir ki, bu barədə "gsmarena" saytı məlumat yayıb. 

Bildirildiyinə görə, bu qulaqlıqlar ətrafdakı səs-küyün azaldılmasına şərait yaradır. Qulaqlıqlar 6 saat ərzində rahatlıqla işlədilə bilər. Amma onların xüsusi şarj alətləri vasitəsilə bu göstərici 30 saata qədər yüksələ bilər. 

Qeyd edək ki, yeni qulaqlıqlar may ayının sonunda Çində satışa çıxarılacaq. Onların qiymətinin 30 dollar (təxminən 51 manat) dəyərində olacağı bildirilir. 

# 3015
avatar

Sevinc Fərid

Oxşar yazılar