Yaponiyanın  ən etibarsız avtomobilləri   – SİYAHI
15 avqust 2022 19:42 (UTC +04:00)

Yaponiyanın ən etibarsız avtomobilləri – SİYAHI

Ən etibarlı yapon avtomobillərini müəyyən edən HotCars mütəxəssisləri “əksinə gediblər” və ən problemli beş yapon avtomobilinin antireytinqini tərtib ediblər.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, buraya həmçinin reytinq və rəylərə əsasən sahiblərinə ən çox problem yaradan beş model daxildir.

Beləliklə, “Mazda RX-82 "məşhur etibarsız" kimi tanınır. Onun zəif nöqtələri arasında həddindən artıq yağ istehlakı olan fırlanan pistonlu mühərrik, həmçinin katalizator, başlanğıc və debriyaj silindrləri var.

Siyahıda növbəti “Subaru Ascent”dir. “ Consumer Reports”un hesablamalarına görə, onun etibarlılıq səviyyəsi fəlakətli aşağıdır və 100 mümkün baldan yalnız 18 təşkil edir. Sadə dillə desək, bu, adi avtomobildən daha çox problem yaradır.

Digər üç yapon avtomobili yalnız şərti olaraq etibarsızdır, çünki onların problemlərinə, bir qayda olaraq, müəyyən istehsal illərinin ayrı-ayrı partiyalarında rast gəlinirdi. Məsələn, “Infiniti Q50” sedanına göz dikənlərə 2014-cü il model avtomobillərdən çəkinmələri tövsiyə olunub – “Nissan” artıq yeddi dəfə onları geri çağırıb, çatışmazlıqların əksəriyyəti təhlükəsizliklə bağlıdır.

Çox vaxt, 2004-2006-cı illərin “Nissan Titan” pikapları da geri çağırılıb. Onlar artıq 20 geri çağırma kampaniyasına düşüblər.

Mənbənin sözlərinə görə, bu müddət ərzində “servis qulluqçuları” onlarda dəfələrlə transmissiya selektorunun və kondisionerin ventilyatorunun, təhlükəsizlik kəmərlərinin, yedəkləyici qurğunun və mühərrik idarəetmə blokunun nasazlığı aşkar ediblər.

Nəhayət, 2002-2004-cü illərin “Honda Odyssey” mikroavtobusu antireytinqdə sonuncu olub.

Bu müddət ərzində o, 10-15 geri çağırma kampaniyasında iştirak etməyi bacarıb: sürüşmə qapılar, alışma kilidi, təhlükəsizlik yastıqları, katalizator, sürət qutuları, işlənmiş qazın təkrar dövriyyəsi sistemi və əyləclər problemli çıxıb. 
 

# 4761
avatar

Oxşar yazılar