Xiaominin yeni smart saatları belə olacaq
29 noyabr 2022 09:54 (UTC +04:00)

Xiaominin yeni smart saatları belə olacaq

1 dekabr tarixində Xiaomi şirkəti təqdimat tədbirini keçirdəcək.

Lent.az xarici KİV-ə istinadən bildirirlər ki, keçiriləcək təqdimat tədbiri çərçivəsində şirkət Xiaomi 13 smartfon seriyasını, MIUI 14 istifadəçi interfeysini və yeni smart saatını təqdim edəcək. İndi isə internetdə sözügedən smart saat barəsində məlumatlar ortaya çıxıb. Şirkətin yeni smart saatı Xiaomi Watch S2 adlanacaq. Hal hazırda sözügedən smart saatın texniki özəllikləri barəsində ətraflı bir məlumat yoxdur. Sadəcə olaraq məlumdur ki, o, paslanmaz polad materialdan hazırlanmış gövdəni, GPS naviqasiya modulunu əldə edəcək. Bununla yanaşı smartfonla sinxronlaşdırmaya ehtiyac qalmadan bu smart saat vasitəsilə telefon zənglərini reallaşdırmaq mümkün olacaq. Smart saat iki variantda təqdim ediləcək. Onlardan biri 42 mm-lik gövdə ölçüsünə, digəri isə 46 mm-lik gövdə ölçüsünə sahib olacaq.

# 2625
avatar

Oxşar yazılar