Windows 12-nin istifadəyə veriləcəyi tarix bəlli oldu
07 iyul 2023 16:03 (UTC +04:00)

Windows 12-nin istifadəyə veriləcəyi tarix bəlli oldu

Verilmiş yeni məlumata əsasən Microsoft 1 ildən sonra Windows 12-nin istifadəyə verilməsinə hazırlaşır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yəni növbəti əməliyyat sistemi gələn ilin payız fəslində istifadəyə verilməlidir. Bununla belə Windows 12-nin geniş miqyasda yayılmasına 2025-ci ildə start verilməsi gözlənilir. Hal hazırda şirkət Windows 12 üçün bir neçə dizayn üzrə təcrübələr aparır. Məlumata əsasən aparılan təcrübələrdə yeni iş masası və “üzən” taskbar test edilir. “Üzən” taskbar dedikdə söhbət, taskbar üçün nəzərdə tutulmuş üzmə effektindən gedir. İdeyanın məğzi ondadır ki, taskbar sanki iş masasının üzərində üzəcək. Əlavə olaraq şirkət Windows 12-ni Arm prosessorlu kompüterlər üçün daha yaxşı optimizasiya edəcək.

# 3699
avatar

Oxşar yazılar