“Windows 10”  populyarlığını getdikcə itirir
04 may 2023 11:35 (UTC +04:00)

“Windows 10” populyarlığını getdikcə itirir

0

“Microsoft” şirkəti “Windows 10” əməliyyat sisteminin müxtəlif versiyalarının bazar payına dair yenilənmiş araşdırmanın nəticələrini dərc edib.

Lent.az xəbər verir ki,  statistikaya əsasən “Windows 11” getdikcə populyarlıq qazanır.

Məlumata görə, 2023-cü ilin aprelində “Windows 11”in kompüterlər arasında payı mart ayı ilə müqayisədə 2,16% artaraq 23,11% təşkil edib. “Windows 10” hələ də böyük fərqlə liderdir. Amma son bir ayda o, 2,1% itirib və onun payı 71,36% təşkil edir.

Eyni zamanda köhnə “Windows 7” versiyasının payına isə 3,78% düşür. “Windows 8.1” bazarın 0,85%-ni, “Windows 8” 0,43%-ni, əfsanəvi “Windows XP” isə hələ də bütün fərdi kompüterlərin 0,35%-də quraşdırılıb. 

Beləliklə, “Windows 10” və “Windows 11” bütün “Windows” istifadəçilərinin 94,47%-ni təşkil edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2477

Oxşar yazılar