“WhatsApp”la bağlı növbəti təhlükə: EHTİYATLI OLUN!
17 aprel 2021 05:18 (UTC +04:00)

“WhatsApp”la bağlı növbəti təhlükə: EHTİYATLI OLUN!

“WhatsApp” messencerinin “Android” versiyasında aşkar edilmiş iki təhlükəli boşluq uzaq məsafədən smartfondan məxfi informasiyanı ələ keçirməyə imkan verir.

 Lent.az “ICTnews”a istinadən xəbər verir ki, sözügedən boşluqlar hakerlərə kənar qurğuda zərərverici kodun icrasına imkan verir.

Bu problem “Android 9” daxil olmaqla, bütün versiyaların idarəetməsi altında işləyən smartfonları əhatə edir.

 Təhlükəsizlik mütəxəssisləri izah ediblər ki, “WhatsApp”da aşkar edilmiş boşluqlar TLS 1.3 və TLS 1.2 seansları üçün TLS protokolunun kriptoqrafik məlumatlarını ələ keçirməyə imkan verir.

Hakerlər tərəfindən qurbana “WhatsApp” vasitəsilə göndərilmiş xüsusi hazırlanmış HTML faylı brauzerdə açdıqda zərərverici kod icra olunacaq.

Hakerlərin bu boşluqlardan real hücumlarda istifadə etmələri hələlik məlum deyil. İstifadəçilərə “WhatsApp” messencerini 2.21.4.18 versiyasına yeniləmək tövsiyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5163
avatar

Oxşar yazılar