“Whatsapp”dan YENİLİKLƏR  - Mesajlarınızı köçürə biləcəksiniz
17 yanvar 2023 12:00 (UTC +04:00)

“Whatsapp”dan YENİLİKLƏR - Mesajlarınızı köçürə biləcəksiniz

“Whatsapp” mesajlaşma tətbiqində çatların köçürülməsi funksiyası çat tarixçələrinin yeni Android cihaza kopyalanması həyata keçiriləcək.

Lent.az xəbər verir ki, bu barədə “WABetaInfo” saytı məlumat yayıb.

Məlumata görə, mesajları yeni telefona “Google Drive”dan istifadə etmədən kopyalamağa şərait yaranacaq.

Bundan əlavə, kontaktların bloklanması funksiyası da yeniliklər arasındadır.

Həmçinin, tətbiq üzərindən kameranın istifadəsi halında istifadəçi bir sadəcə ekranı sola sürüşdürməklə video və foto çəkiliş arasında sürətli keçidi reallaşdıra biləcək.

# 2700
avatar

Oxşar yazılar