"Whatsapp"da YENİLİK:  Nömrə olmadan da yazışmaq olacaq
06 avqust 2025 16:43 (UTC +04:00)

"Whatsapp"da YENİLİK: Nömrə olmadan da yazışmaq olacaq

WhatsApp-a yeni bir funksiyanın - qonaq çatlarının əlavə olunacağı məlum olub. Bu funksiya insanlara WhatsApp hesabı olmadan da platforma üzərindən istifadəçilərlə ünsiyyət qurmağa imkan verəcək.

Lent.az xəbər verir ki, yeni funksiyanın izlərinə tətbiqin son beta versiyasında rast gəlinib.

Necə işləyir?

Yeni dialoq yaradarkən "telefon nömrəsi olmadan" seçimini etmək kifayətdir. Sistem bu zaman unikal bir keçid (link) yaradacaq. Həmin linki istənilən messencer, e-poçt və ya sosial şəbəkə vasitəsilə göndərmək olar. Lakin söhbət tərəflərindən ən azı birinin cihazında WhatsApp quraşdırılmış olmalıdır.

Məhdudiyyətlər:

Yeni funksiya rahat olsa da, bir sıra məhdudiyyətlərə malikdir:

Foto, video, GIF, səsli mesaj göndərmək və zəng etmək mümkün deyil.

Yalnız bir-birinə mesaj yazmaq mümkündür – qrup çatları dəstəklənmir.

Bununla belə, bütün mesajlar ucdan-uca şifrələnmə ilə qorunur.

Əgər qonaq istifadəçi daha sonra WhatsApp-da qeydiyyatdan keçmək qərarına gəlsə, bütün yazışma tarixçəsi qorunacaq və adi rejimdə söhbətə davam etmək mümkün olacaq.

Funksiya nə zaman rəsmi olaraq istifadəyə veriləcək?

Hazırda bu barədə dəqiq tarix yoxdur. Lakin artıq tətbiqin kodunda bu funksiyanın mövcudluğu aşkarlanıb, bu da onun yaxın yeniləmələrdə istifadəyə veriləcəyini göstərir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 541

Oxşar yazılar