Kəlbəcərdə hərbi avtomobil minaya düşdü,  5 yaralı - YENİLƏNİB
06 avqust 2025 11:17 (UTC +04:00)

Kəlbəcərdə hərbi avtomobil minaya düşdü, 5 yaralı - YENİLƏNİB

Avqustun 5-də Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusunun mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Kəlbəcər rayonunda baş vermiş mina partlayışı hadisəsində hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Onlardan 4 nəfər hadisə yerindən təxliyə edilərək xəstəxanaya yerləşdirilib və hazırda müalicələri davam etdirilir. 1 nəfər hərbi qulluqçuya isə yerində ilkin tibbi yardım göstərilib.

***

saat 10:58

Avqustun 5-i saat 19:05 radələrində Kəlbəcər rayonu ərazisində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaya düşüb.

Lent.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib.

Onların həyatları üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1032

Oxşar yazılar

İş başında infarkt keçirən komandir öldü

İş başında infarkt keçirən komandir öldü

6 avqust 2025 , 12:46
Mahir Abbasov 34 kq  narkotiklə TUTULDU

Mahir Abbasov 34 kq narkotiklə TUTULDU

6 avqust 2025 , 10:36
Rüşvət alan gömrükçülərin MƏHKƏMƏSİ BAŞLAYIR

Rüşvət alan gömrükçülərin MƏHKƏMƏSİ BAŞLAYIR

6 avqust 2025 , 10:10
Mingəçevirdə küçədə meyit tapıldı

Mingəçevirdə küçədə meyit tapıldı

6 avqust 2025 , 10:05
Xocalıda yanğına səbəb olan 17 yaşlı şəxs  saxlanıldı

Xocalıda yanğına səbəb olan 17 yaşlı şəxs saxlanıldı

6 avqust 2025 , 09:33
İki avtomobil toqquşdu - Biri yanaraq kül oldu

İki avtomobil toqquşdu - Biri yanaraq kül oldu

6 avqust 2025 , 08:00
Hərbçimiz Kəlbəcərdə minaya düşdü - YENİLƏNİB

Hərbçimiz Kəlbəcərdə minaya düşdü - YENİLƏNİB

5 avqust 2025 , 23:48
Çoban qayadan yıxılıb xəstəxanalıq oldu

Çoban qayadan yıxılıb xəstəxanalıq oldu

5 avqust 2025 , 20:35