Azərbaycanda zəhərlənən 118 nəfərdən 3-ü öldü
06 avqust 2025 10:21 (UTC +04:00)

Azərbaycanda zəhərlənən 118 nəfərdən 3-ü öldü

İyul ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 118 nəfər qəbul edilib.

Lent.az-a KTM-dən bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 39 nəfər dərmandan, 47-si sirkə turşusundan, 4-ü həlledici məhluldan zəhərlənən şəxslərdir.

Həmçinin 20 nəfər ilan sancması, 3 nəfər allergik reaksiya, 3 nəfər botulizm, 2 nəfər göbələk zəhərlənməsi səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (1 nəfər qadın cinsli, 2 nəfər kişi cinsli) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 468

Oxşar yazılar