"WhatsApp"da yaşanan problem aradan qalxdı - YENİLƏNİB
03 aprel 2024 23:21 (UTC +04:00)

"WhatsApp"da yaşanan problem aradan qalxdı - YENİLƏNİB

"WhatsApp" sosial şəbəkə platformasının işində yaranan problem aradan qaldırılıb.

Lent.az xəbər verir ki, artıq tətbiq üzərindən mesaj yazmaq, zəng etmək, şəkil və ya video fayllar göndərmək mümkündür.

Qeyd edək ki, "Meta" şirkətinə bağlı "Instagram" "Facebook" normal rejimdə işləyib.

"WhatsApp"da baş vermiş nasazlıq barədə "Meta" şirkəti açıqlama verməyib.

***

Saat 22:25

"WhatsApp" sosial şəbəkə platformasının işində problemlər yaranıb.

Lent.az xəbər verir ki, problem qlobal xarakterlidir.

Yazışmaların qarşı tərəfə çatdırılmasında ləngimələr müşahidə edilir.

# 19827
avatar

Oxşar yazılar