“Google” şirkəti “Gboard Bar” adlı yeni klaviatura təqdim edib.
Lent.az xəbər verir ki, yeni klaviaturanın əsas özəlliyi bütün düymələrin bir sırada yerləşməsidir.
O, uzunsov dizayna sahibdir və uzunluğu 1.65 metrdir. Təqdimat zamanı bildirilib ki, istifadəçilər yeni klaviaturada düymələrin yerini unutmayacaq. Onlar asanlıqla istədikləri düyməni tapa biləcəklər.
Qeyd edək ki, bu klaviatura şirkətə məxsus bir layihədir və onun irimiqyaslı istehsalı gözlənilmir.