“Twitter” dezinformasiya ilə bağlı  yeni addımlar atacaq
01 iyun 2023 19:46 (UTC +04:00)

“Twitter” dezinformasiya ilə bağlı yeni addımlar atacaq

“Twitter” dezinformasiya ilə yeni üsulla mübarizə aparmağa başlayacaq. 

Lent.az xəbər verir ki, “Twitter” dezinformasiya ilə bağlı könüllü Aİ təcrübə kodeksindən çıxıb. Amma Avropa İttifaqı Rəqəmsal Xidmətlər Aktına əsasən dezinformasiya ilə mübarizə avqustun 25-dən hüquqi öhdəliyə çevriləcək.

Dezinformasiya üzrə Təkmilləşdirilmiş Təcrübə Kodeksi 16 iyun 2022-ci ildə 2018-ci il Kodeksin yenidən nəzərdən keçirilməsi prosesinə qoşulmuş 34 imza sahibi tərəfindən imzalanıb və təqdim edilib.

İmzalayan tərəflər bir neçə sahədə tədbirlər görməyi öhdələrinə götürüblər.

Bunlar aşağıdakılardır. 

Dezinformasiyanın yayılmasının demonetizasiyası;

Siyasi reklamın şəffaflığının təmin edilməsi;

İstifadəçilərin səlahiyyətlərinin artırılması;

Fakt yoxlayıcılarla əməkdaşlığın gücləndirilməsi;

Tədqiqatçıların məlumatlara daha yaxşı çıxışını təmin edir.
 

# 2328
avatar

Sevinc Fərid

Oxşar yazılar