Türkiyə hərb sənayesi daha bir sistemi sınaqdan çıxardı -VİDEO
03 dekabr 2022 21:24 (UTC +04:00)

Türkiyə hərb sənayesi daha bir sistemi sınaqdan çıxardı -VİDEO

Türkiyədə milli MİDLAS şaquli buraxılış sistemi uğurla sınaqdan çıxarılıb. Buraxılış HİSAR zenit-raket kompleksi vasitəsi ilə həyata keçirilib.

Lent.az Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin administrasiyasının müdafiə sənayesi idarəsinin rəhbəri İsmayıl Dəmir məlumat verib. 

Dəmir qeyd edib ki, türk mütəxəssislər gəmidən atəş aça bilən HHM sisteminin əsasını qoyublar: “2023-cü ildə MİDLAS “İstanbul” freqatına inteqrasiya edilərək donanmanın arsenalına qəbul olunacaq”.

# 2970
avatar

Oxşar yazılar