Terror hücumlarını  aşkar edən   sistem hazırlanır
18 aprel 2022 02:53 (UTC +04:00)

Terror hücumlarını aşkar edən sistem hazırlanır

 

İsrailin “viisights” startapı real vaxt rejimində zorakılıq hadisələrinin və silahların istifadəsi ilə bağlı insidentlərin tanınması üçün sistem yaradıb.

Lent.az xəbər verir ki, bu barədə “Maariv” qəzeti məlumata yayıb.

Sistem süni intellektə və mövcud açıq hava müşahidə kameraları tərəfindən toplanan qeyri-adi vəziyyətləri hesablayan proqramlara əsaslanır.

Proqramı işə salmaq üçün heç bir əlavə cihaz və kamera tələb olunmur.

Proqram qeyri-adi hadisəni - küçədə dava-dalaşı və ya əlində silah olan şəxsi müəyyən edən an məlumatı bələdiyyə zəng mərkəzinə ötürür və o, dərhal dəqiq koordinatlarla təhlükəsizlik qüvvələrini çağırır.

Sistem terrorla mübarizədə və terror hadisələrinin qarşısının alınmasında kömək edə bilər.

# 4314
avatar

Oxşar yazılar