Telefon yenisi ilə  nə vaxt əvəz edilməlidir?
11 iyul 2023 11:52 (UTC +04:00)

Telefon yenisi ilə nə vaxt əvəz edilməlidir?

Çox vaxt telefonumuzu dəyişdirmək üçün qərar verə bilmirik. Onu yenisi ilə əvəz etmək istifadəçilərdə narahatlıq yaradır.

Bəs, onun əvəzinə yenisini almağın vaxtının gəldiyini necə müəyyənləşdirmək olar?

Lent.az “UNIAN”a istinadən xəbər verir ki, əgər telefonunuzun istifadə müddəti 5 ili keçibsə, bu zaman o yenisi ilə əvəz edilməlidir. Çünki bu zaman yeniləmələrdən məhrum ola bilərsiniz.

Smartfon şarj saxlamırsa, deməli artıq müddəti bitib. Əgər telefonu deyil, batareyanı dəyişdirmək istəyirsinizsə, bu zaman da diqqətli olmalısınız. Çünki orijinal batareya tapmaq çətindir.

Proqramlar çox gec açılır və ya heç açılmır. Bu proqram təminatının köhnəlməsi ilə bağlı ola bilər.

Smartfon yavaşlayırsa, bu, onun elektron komponentlərinin tədricən sıradan çıxması və ya batareyanın yükün öhdəsindən gələ bilməməsi, smartfonu yumşaq aşağı güc rejiminə keçməyə məcbur etməsi deməkdir.

Ekranın arxa işığı qeyri-bərabər olur. Ekranı müəyyən bir məbləğə dəyişdirmək olar. Amma bu da çox vaxt baha başa gəlir. Bununla müqayisədə təzə smartfon almaq daha məsləhətdir.

Ümumiyyətlə, mobil cihazınızın artıq ehtiyaclarınızı ödəməyə qadir olmadığını hiss edirsinizsə, o zaman ondan vazkeçməli olduğunuzu bilməlisiniz.

# 2712
avatar

Sevinc Fərid

Oxşar yazılar