Sürücüsüz   "KamAZ"lar istehsal olundu
14 iyun 2023 13:15 (UTC +04:00)

Sürücüsüz "KamAZ"lar istehsal olundu

Pilotsuz “KamAZ” yük maşınları Sankt-Peterburqdan Moskvaya gedən M-11 “Neva” şossesi ilə hərəkət etməyə başlayıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, belə avtomobillər ölkədə ilk dəfə ictimai yolda peyda olub. Onların hərəkətinə bir gün əvvəl Nəqliyyat Nazirliyindən məlumat verilib. Avtonom idarəetməyə baxmayaraq, avtomobillərin kabinələrində sürücülər olacaq. M-11 avtomobil yolunda dronların istismarı üçün müvafiq infrastruktur, o cümlədən yolun özünün riyazi modeli yaradılıb.

“Pilotsuz Logistika Dəhlizləri” layihəsi çərçivəsində pilotsuz “KamAZ” avtomobillərinin hərəkətinə başlanılıb. Yük maşınları bir neçə şirkətdən kommersiya yüklərinin daşınması üçün istifadə olunacaq. Layihəyə, xüsusən PEK, Globaltruck, Qazpromneft-Supply daxildir.

# 2523
avatar

Oxşar yazılar