Süni intellekt yeni pandemiyaya  səbəb ola bilər – ALİMLƏR
03 iyul 2023 13:30 (UTC +04:00)

Süni intellekt yeni pandemiyaya səbəb ola bilər – ALİMLƏR

Alimlər süni intellekt milyonlarla insanın ölümünə səbəb olacaq yeni pandemiyaya yol aça biləcəyini açıqlayıb.

Lent.az “Dailystar”a istinadən xəbər verir ki, süni intellekt proqramları təcavüzkarlara virus yaratmaq üçün təlimatlarla giriş imkanı verə bilər.

Tanınmış professor süni intellektin planeti məhv etmək istəyənlərə təhlükəli xəstəliklərin yaradılması haqqında məlumat əldə edə biləcəyindən narahatlığını ifadə edib. 

Massaçusets Texnologiya İnstitutunun Media Laboratoriyası (ABŞ) tərəfindən aparılan araşdırmaya görə, ChatGPT və FreedomGPT kimi süni intellektlər gələcəkdə ölümcül xəstəliklər yaratmaq üçün təlimat və tövsiyələrdən ibarət “böyük dil modellərinə” çıxış əldə etmə ehtimalı var. Bu, təhlükəli sporların, mikrobların əmələ gəlməsinə və müxtəlif pandemiyaların yaranmasına gətirib çıxara bilər. 

Hesabatın həmmüəllifi, professor Kevin Esvelt qeyd edib ki, onların araşdırması göstərir ki, böyük dil modellərinin meydana çıxması ilə pandemiyaya səbəb ola bilən agentlər geniş şəkildə əlçatan olacaq.

# 2337
avatar

Sevinc Fərid

Oxşar yazılar

"Apple" yeni cihazlarını təqdim edəcək: Siyahıda nələr var?

"Apple" yeni cihazlarını təqdim edəcək: Siyahıda nələr var?

4 may 2024 , 11:18
"iPhone 15 Pro Max" ucuzlaşdı

"iPhone 15 Pro Max" ucuzlaşdı

4 may 2024 , 04:18
"iPhone 15 Pro Max" ucuzlaşdı

"iPhone 15 Pro Max" ucuzlaşdı

4 may 2024 , 04:18
Alimlər küləkləri olan planet kəşf ediblər

Alimlər küləkləri olan planet kəşf ediblər

4 may 2024 , 00:24
Dünyada ən çox satılan smartfonlar

Dünyada ən çox satılan smartfonlar

3 may 2024 , 13:18
Alimlər Ayda su ehtiyatları tapdılar

Alimlər Ayda su ehtiyatları tapdılar

2 may 2024 , 14:32
Elektron reseptləri belə əldə etmək olar - İZAHLI VİDEO

Elektron reseptləri belə əldə etmək olar - İZAHLI VİDEO

2 may 2024 , 12:09
"YouTube"da ən çox baxış rekordu:  Castin Biberi üstələdilər

"YouTube"da ən çox baxış rekordu: Castin Biberi üstələdilər

2 may 2024 , 11:58