Simsiz qulaqlıqları olan SMART SAATLAR - VİDEO
06 dekabr 2022 13:33 (UTC +04:00)

Simsiz qulaqlıqları olan SMART SAATLAR - VİDEO

"Huawei" şirkəti ağıllı saatlarını təqdim edəcək. 

Lent.az xəbər verir ki, bu barədə şirkətin rəsmi səhifəsində məlumat dərc olunub.

Məlumata görə, “Watch Buds” smart saatını digərlərindən fərqləndirən xüsusiyyəti simsiz qulaqlıqlara malik olmasıdır. Bu yeni cihaz “HarmonyOS” əməliyyat sistemində çalışacaq. Vizual olaraq əvvəllər istifadəyə verilmiş “Watch GT” saatlarına bənzəyir.

Cihazın siferblatının altında qulaqlıqların yerləşdiyi yer var. Onları işə salmaq üçün smart saatın üst hissəsi açılır və buradan quraşdırılır. Həm qulaqlıqların, həm də saatın işləməsi üçün xüsusi enerji tələb olunur. Buna görə smart saatlar xüsusi batareya ilə təchiz olunub.

Onların satışa nə vaxt çıxarılacağı hələlik məlum deyil.

# 3135
avatar

Sevinc Fərid

Oxşar yazılar