“Samsung”  qatlana bilən ucuz   telefon hazırlayır 
07 iyun 2022 11:53 (UTC +04:00)

“Samsung” qatlana bilən ucuz telefon hazırlayır 

0

“Samsung” şirkəti qatlanan ucuz telefon istehsal etməyə hazırlaşır. 

Lent.az xəbər verir ki, bu barədə “PhoneArena” saytı məlumat yayıb. 

Məlumata görə, artıq bu sahədə işə başlanılıb. Onun qiymətinin münasib olacağı bildirilir. Telefonun 7 düymlük əsas və 4 düymlük ikinci dərəcəli ekranı olacağı güman edilir.

Hazırda bazarda ən sərfəli qatlanan cihaz 2020-ci ilin fevralında satışa çıxarılan “Samsung Galaxy Z Flip”dir. Onun qiymətinin 1000 dollar olduğunu nəzər alsaq, yeni “Samsung” telefonunun xeyli ucuz olacağı düşünülür. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4804

Oxşar yazılar