Rusiyanın yeni  “Volqa”sı
21 may 2024 19:18 (UTC +04:00)

Rusiyanın yeni “Volqa”sı

Yeni “Volqa” avtomobilləri ilk dəfə  Nijni Novqorodda keçirilən sərgidə təqdim edilib.

Rusiyanın baş naziri Mixail Mişustin “Rəqəmsal Sənaye Rusiyası” sərgisində “Volqa” stendinə baş çəkib, burada ilk dəfə bu marka altında istehsal olunacaq yeni avtomobil xəttinin təqdimatı keçirilib. 

Lent.az Rusiya KİV-nə istinadən bildirir ki, avtomobillər üç sinifdə təqdim olunacaq: Volqa C40 - D sinif sedan, Volqa K30 - C sinif  krossover, Volqa K40 - D krossoveri Nijni Novqorod avtomobil klasterində istehsal olunacaq.

Hər üç modeldə 188 at qüvvəsi (300 Nm) olan müasir benzin mühərriki və yeddi pilləli avtomatik transmissiya istifadə olunur.

Avtomobillər ağıllı sürücü yardım sistemləri ilə təchiz olunub və Rusiya avtomobil sahibləri arasında populyar olan yerli xidmətlər multimedia sisteminə inteqrasiya edilib.

“Volqa” avtomobillərinin istehsalına 2024-cü ildə, 2025-ci ildən isə tam dövr rejimində başlanacaq.

Mişustin qeyd edib ki, yeni avtomobillər müasir görünür. Eyni zamanda, baş nazir əvvəlcə texnoloji cəhətdən mürəkkəb olmayan maşın hissələrinin istehsalını lokallaşdırmağın zəruriliyinə diqqət çəkib.

 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 48234
avatar

Oxşar yazılar