Dubay polisi xüsusi patrul maşınları ilə cinayətkarları təqib etməkdən xüsusi zövq alır.
Lent.az xəbər verir ki, Dubay Dünya Ticarət Mərkəzində keçirilən Ərəbistan Səyahət Bazarı 2025 zamanı polis qüvvələrinin qarajına qoşulan və “Mansory” şirkəti tərəfindən xüsusi yığılmış “Rolls-Royce Cullinan” rəsmi olaraq təqdim edilib.
Kapotun altında çoxdan tanıdığımız 610 at gücü hasil edən qoşa turbosu olan V12 mühərriki var.
Mühərrik “Cullinan”a 0-dan 100 km/saata cəmi 5 saniyəyə sürətlənməyə və 280 km/saat maksimal sürətə çatmağa imkan verir.