Qışda noutbukdan istifadə zamanı edilən SƏHVLƏR
23 noyabr 2023 13:47 (UTC +04:00)

Qışda noutbukdan istifadə zamanı edilən SƏHVLƏR

Artıq soyuq havaların gəlməyinə çox az qalıb. Şiddətli şaxta şəraitində insanlar bir çox çətinliklərlə üzləşirlər. Onlardan biri müəyyən cihazların işləməsi ilə bağlı problemlərdir.

Məsələn, bir noutbukun işləməsi havanın temperaturundan asılıdır. Təəssüf ki, bir çox istifadəçi bunu nəzərə almır. Nəticədə kompüterdə nasazlıq yaranır.

Lent.az xəbər verir ki, noutbuklar yalnız havanın temperaturu +5 ilə +35 dərəcə arasında olduqda normal işləyir.

Temperatur +5 dərəcədən çox aşağı olduqda, cihazda çətinliklər yaranır. Üstəlik, laptop söndürüldükdə belə problemlər yarana bilər. Bəzi istifadəçilər cihazı heç bir şəkildə qorumadan laptopunu soyuq havada istifadə edirlər. 

Bunun üçün şaxtalı gündə küçəyə çıxmazdan əvvəl noutbuku söndürüb xüsusi çantaya qoymaq lazımdır. Bu edilmədikdə, kompüter işləməyi dayandıra bilər.

Qışda isti mənzilə qayıdan bir çox insan dərhal laptopunu çantasından çıxarıb işə salır. Bu da başqa bir səhvdir. Çünki soyuqda qalan noutbuk bir müddət istirahət etməlidir.

Əks halda, temperatur fərqi cihazın daxili komponentlərinin işinə mənfi təsir göstərəcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4411

Oxşar yazılar

Paltaryuyan maşını pis qoxudan  və kifdən necə xilas etməli?

Paltaryuyan maşını pis qoxudan və kifdən necə xilas etməli?

5 may 2025 , 14:53
Smartfon çantada niyə qızır: SƏBƏB

Smartfon çantada niyə qızır: SƏBƏB

5 may 2025 , 12:52
Wi-Fi, haradasan?  Smartfonunuzun yoxa çıxan bağlantısının  sirri açılır

Wi-Fi, haradasan? Smartfonunuzun yoxa çıxan bağlantısının sirri açılır

5 may 2025 , 11:56
"Skype" fəaliyyətini dayandırdı

"Skype" fəaliyyətini dayandırdı

5 may 2025 , 10:54
“Skype” bağlanır – Yerinə bu proqram gələcək

“Skype” bağlanır – Yerinə bu proqram gələcək

5 may 2025 , 04:42
Bu xüsusi “Mustang” dan sadəcə 5 ədəddir - FOTO

Bu xüsusi “Mustang”dan sadəcə 5 ədəddir - FOTO

5 may 2025 , 02:04
“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

5 may 2025 , 01:07
“Uber” robot taksilərə  keçir

“Uber” robot taksilərə keçir

3 may 2025 , 18:48