Qeyri-adi  uçan maşın
03 iyul 2023 16:55 (UTC +04:00)

Qeyri-adi uçan maşın

Amerikanın "Alef Aeronautics" şirkəti "Model A" adlı qeyri-adi uçan avtomobil təqdim edib.

Lent.az -ın xarici mediaya istinadla xəbərinə görə, avtomobilin ABŞ hava məkanında uçmasına qanuni icazə verilib.

"Alef Aeronautics"in baş direktoru Cim Duxovninin sözlərinə görə, bu, təyyarələr üçün kiçik, avtomobillər üçün isə nəhəng addımdır. Avtomobillərin ilk tədarükünün 2025-ci ildə başlanması planlaşdırılır.
 
Duxovninin Kiyev yəhudiləri ailəsindən olduğu məlumdur. O, bir vaxtlar ilk kütləvi istehsal edilən sıfır emissiyalı uçan avtomobillərdən birini yaratmaq üçün "Alef Aeronautics" şirkətini qurub. 
 
Belə ki, №Alef Model A"da paraşüt quraşdırılıb. Fövqəladə hallarda aktivləşdirilir. Yolda avtomobil enerji doldurmadan təxminən 322 km yol qət edə və 177 km havada uça bilir.
 
Maksimal sürət 40 kilometr/saatdır. "Alef Model A" 299 999 dollardan başlayır.

# 2673
avatar

Fidan İlqar

Oxşar yazılar