Qardan  elektrik enerjisi   alınacaq
03 dekabr 2022 15:37 (UTC +04:00)

Qardan elektrik enerjisi alınacaq

Yaponiyanın ən qarlı şəhərlərindən biri olan Aomoridə alimlər gələn ay qardan elektrik enerjisi istehsal edən texnologiyanı sınaqdan keçirəcəklər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, qeyd olunur ki, təcrübə zamanı küçələrdən qar yığılaraq istilik ötürmə borularının yerləşdiyi hovuza atılacaq. Beləliklə, elektrik enerjisi quraşdırmanın bir hissəsi ilə xarici hava arasındakı temperatur fərqi ilə yaranacaq.

Bu temperatur fərqi turbin daxilindəki soyuducuda konveksiya axını yaratmaq üçün istifadə olunur. Konveksiya cərəyanı elektrik enerjisi istehsal etmək üçün turbinə çevrilir. Buna görə də temperatur fərqi nə qədər yüksək olarsa, nəticədə güc çıxışı bir o qədər çox olar.

Sistemi hazırlayan Tokio Telekommunikasiya Universitetinin professoru Koji Enoki hesab edir ki, bu proses günəş panelləri qədər səmərəli elektrik enerjisi istehsal edə bilər.

# 2472
avatar

Oxşar yazılar