Qanun : 10 mindən çox izləyicisi olan “YouTube”  kanalı nəzarətə götürülür
30 iyul 2024 02:36 (UTC +04:00)

Qanun: 10 mindən çox izləyicisi olan “YouTube” kanalı nəzarətə götürülür

Rusiyada “YouTube” videohostinqi də, ictimai səhifələrin anonimləşdirilməsinin ləğvi haqqında qanuna tabe olacaq.

Lent.az xəbər verir ki, bunu Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyinin rəhbəri Maqsud Şadayev bildirib.

Onun sözlərinə görə yeni qaydalara əsasən 10 mindən çox auditoriyaya malik kanalların sahibləri anonim qala bilməz və onlar dərhal özləri haqqında məlumatları Roskomnadzora (Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsinə nəzarət federal xidməti) təqdim etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 591
avatar

Oxşar yazılar