Powerwall sistemləri: lityum-iyon batareyaları - DÜNYADA İNQİLAB
25 fevral 2025 12:06 (UTC +04:00)

Powerwall sistemləri: lityum-iyon batareyaları - DÜNYADA İNQİLAB

Müasir dünya davamlı enerji istifadəsini təmin etmək üçün yeni texnologiyalara ehtiyac duyur. Elektrikli avtomobillərin yayılması, böyük miqyaslı bərpa olunan enerji mənbələrinin istifadəsi və portativ elektron cihazların artan rolu, enerji saxlanması sahəsində inqilabi dəyişiklikləri zəruri edir. Bu istiqamətdə aparılan araşdırmaların mərkəzində isə lityum-iyon batareyalar dayanır.

Lityum-iyon batareyaları necə işləyir?

Qeyd edək ki, lityum-iyon batareyalar ilk dəfə 1991-ci ildə ticarət istifadəsinə buraxıldıqdan sonra texnoloji irəliləyişin ayrılmaz hissəsinə çevrilmişdir. Bu batareyalar şümal qrafit anod, lityum metal oksid katod və elektrolit vasitəsilə enerji saxlayır. Yüksək enerji sıxlığı, uzun ömürlük və yüksək effektivliyi sayəsində bu batareyalar portativ elektronikadan elektrikli avtomobillərə qədər çox şöbəli istifadə sahələrinə malikdir.

Hazırda Tesla şirkətinin Nevadadakı "Gigafactory"si dünya üzərində lityum-iyon batareya istehsalının ən böyük mərkəzlərindən biridir. Bu zavod 2016-cı ildə istifadəyə verilmiş və elektrikli avtomobillərə tələbin artması fonunda istehsal gücünü davamlı şəkildə artırmışdır. Zavodun təməl prinsipi məhsuldarlığı artırmaqla eyni zamanda istehsal xərclərini azaltmaqdan ibarətdir.

Lityum-iyon batareyalar sahəsində son illərdə ciddi irəliləyilər baş vermişdir. Məsələn, son dövrlər "solid-state" batareyalara tələbat artmışdır. Maye elektrolit yerinə bərk elektrolit istifadə edən bu yeni texnologiya daha yüksək enerji sıxlığı və təhlukəsizliyi təmin edir.

"Geri-dönüşlü" lityum batareyalara da böyük önəmə malikdir. Belə ki, Lityum-ion batareyaların ekoloji fəaliyyəti gücləndirilməkdədir, batareya tullantılarının minimalizasiya olunması istiqamətində yeni metodlar tətbiq edilir.

Tesla, CATL və LG Energy Solutions kimi aparıcı şirkətlər batareyanın effektivliyini artırmaq üçün bu gün hüceyrə düzümlərini optimallaşdırır.

Natrium-ion batareyalarının üstünlükləri və çatışmazlıqları...

"Natrium-iyon" batareyalara gəldikdə, onlar lityuma alternativ olaraq gözdən keçirilir ki, bu da xərcləri azaltmaq potensialına malikdir.

Dünya təcrubəsində nəzər salsaq, görərik ki, məsələn, Almaniyada günəş və külək enerjisinin saxlanması üçün məsərə batareyaları layihələri həyata keçirilir.

Yaponiya Toyota, Panasonic və digər şirkətlər bərk-hüceyrəli batareyaları araşdırır və innovativ enerji saxlama sistemləri üzərində işləyir.

Çində isə CATL şirkəti yeni lityum-dəmir-fosfat batareyaları istehsal edərək xərcləri azaltmış və effektivliyi artırmışdır.

Tesla Powerwall sistemləri haqqında məlumat

ABŞ-a gəldikdə, ölkədə Tesla və digər şirkətlər ev istifadəsi üçün artıq Powerwall sistemləri üzərində işləyir.

Beləliklə, deyə bilərik ki, dünyada enerji saxlanması texnologiyalarının inkişafı davam edir və lityum-iyon batareyalar bu prosesin əsas hərəkətverici gücü olaraq qalır. Bu sahədə olan innovasiyalar, istehsal miqyasının genişləndirilməsi və daha effektiv enerji saxlanması sistemlərinin yaradılması qlobal miqyasda dəyişikliyə təkan verir. Ən nəhayət, enerji saxlanması texnologiyaları daha davamlı, daha effektiv və ekoloji cəhətdən daha təhlukəsiz olmağa doğru irəliləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 578

Oxşar yazılar