Milyarderdən məşhur bloqerin 1 milyardlıq istəyinə CAVAB
05 iyul 2023 10:30 (UTC +04:00)

Milyarderdən məşhur bloqerin 1 milyardlıq istəyinə CAVAB

"Amazon" şirkətinin yaradıcısı, amerikalı milyarder Ceff Bezos dünyanın ən məşhur "YouTube" bloqçusu Cimminin (“MrBeast” Donaldson adlı ilə tanınan) 1 milyard dollar verməsi xahişinə cavab verib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, iyulun 1-də "MrBeast" biznesmenə ünvanlanan tvit yazıb.

“Bu gün Ceff Bezosun mənə boş yerə 1 milyard dollar verməsi üçün əla gündür” - deyə tvitdə qeyd edib. Az sonra Donaldson milyarderin onunla sosial şəbəkələr vasitəsilə deyil, şəxsən əlaqə saxladığına işarə vurub. Belə ki, iyulun 4-nə keçən gecə "MrBeast" tviterə skrinşot yerləşdirib. Skrinşotda milyarderin "Twitter"də yenidən bloqerə abunə olduğunu göstərib. Nəşr zamanı Bezosun abunə olduğu hesabların siyahısına "MrBeast" də daxil olmaqla 241 istifadəçi görünür.

Qeyd edək ki, "MrBeast" dostları və bloqer yoldaşları ilə bağlı qeyri-adi oyunlar və xeyriyyə videoları ilə onlayn şöhrət qazanıb. Hazırda bloqerə 164 milyondan çox istifadəçi abunə olub.

14 noyabr 2022-ci ildə Donaldson 111.846.079-dan çox izləyicisi ilə rəsmi olaraq dünyanın ən çox izləyicisi olan bloqer olub. Beləliklə, bloger ilk dəfə olaraq keçmiş rekordçu, hazırda Yaponiyada yaşayan isveçli bloqer Feliks "PewDiePie"i qabaqlayıb.

# 2748
avatar

Fidan İlqar

Oxşar yazılar