Məşhur brend ilk açıq tipli qulaqlıqlarını  təqdim etdi: xüsusiyyətləri nələrdir?
26 sentyabr 2024 12:37 (UTC +04:00)

Məşhur brend ilk açıq tipli qulaqlıqlarını təqdim etdi: xüsusiyyətləri nələrdir?

Son bir neçə ildə Android dünyasında böyük marağa səbəb olan "Nothing" şirkəti  olduqca qeyri-adi yeni məhsulunu təqdim edib. 

Lent.az xəbər verir ki, bu arxası açıq simsiz qulaqlıqlardır. Digərlərindən fərqli olaraq, onlar qulaqların içərisində deyil, üzərində yerləşir.

Yeni məhsul “Nothing Ear” adlandırılıb. Bu forma faktoru sayəsində şirkət onlara 14,2 mm diametrli titan dinamik sürücü yerləşdirə bilib. Cihaz aktiv səs-küyün ləğvi funksiyasına malik deyil və daha çox ətraflarında baş verənlərdən daim xəbərdar olmaq istəyənlər üçün nəzərdə tutulub.

Qulaqlıq Bluetooth 5.3 vasitəsilə işləyir - eyni vaxtda iki cihaza qoşula bilərsiniz. Hər bir qulaqcıqda Clear Voice 3.0 audio təkmilləşdirmə texnologiyası ilə ikili mikrofonlar, həmçinin media, səs səviyyəsi və zəng nəzarətləri var.

Diqqət yetirməyə dəyər digər xüsusiyyətlər arasında AAC və SBC kodekləri üçün dəstək, qulaqlıqların özləri üçün 8 saat işləmə və qutu ilə 30 saat, tozdan və sıçrayışdan qorunma (IP54) və aşağı gecikmə rejimi daxildir. Yeni məhsul həmçinin ChatGPT-ni dəstəkləyir, onun işləməsi üçün “Nothing” telefon tələb olunur.

Qeyd edək ki, oktyabrın 1-də satışa çıxarılacaq məhsulun qiyməti 149 dollardır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2556
avatar

Sevinc Fərid

Oxşar yazılar