“Mercedes”in artıq istifadədə olan 1.3 milyon avtomobilindəxəta olduğu üzə çıxıb.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, belə ki, istehsal xətası olan avtomobillərdə qəza dedektorları avtomatik çalışmır. Buna görə də qəza zamanı təcili yardıma göndərilən məkan bildirişi səhv ola bilir.
Avropada baş verən bir qəzadan sonra şirkət səhv məlumat ötrümə problemini araşdırmağa başlaması ilə istehsalın xətalı olduğu anlaşılmışdır. Məsələni həll etmək üçün “Mercedes” isə 1.3 milyon avtomobili geri çağırmaq məcburiyyətində qalıb. Geri çağırılan avtomobillər 2016-2021-ci illərdə istehsal edilən modellərdir.